İctimai Şura Salyanda mövcud problemlərin işıqlandırılması yollarını müzakirə etmişdir - FOTO

İctimai Şura Salyanda mövcud problemlərin işıqlandırılması yollarını müzakirə etmişdir

 

 

Bu barədə ictimaişura.az saytina  şura sədri Rüstəm Məlikov məlumat vermişdir. O bidirmişdir ki, Azərbaycan Respublikasının Qeyri Hökumət  Təşkilatlarına  Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağrışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona  konfransları başa çatdıqdan sonra yerlərdə fəaliyyət göstərən Şiralar burada ürəli sürülən vəzifələrin reallaşmısı üçün  görüləcək işləri müzakirə etmişlər.

 Qeyd edilmişdir ki, Şirvan şəhərində keçirilən müşavirədə digər dövlət və ictimai qurumlarla  yanaşı  Salyan Rayon İcra Hakimiyyəti yanında  fəaliyyət göstərən İctimai Şuranın üzvləri də iştirak etmişlər. Müşavirədə iştirak edən digər  beş rayonla yanaşı Salyan təmsilçilərinin də fikirləri səslənmiş və tədbirin spikerləri ilə canlı diolaq olmuşdur.

Zona müşavirələri sanıram ki,  hər bir İctimai Şura  üzvü üçün çox maarifləndirici və təşviqedici amillərlə zəngin oldu. Xüsusən, müasir dövrün çağrışlarına uyğun olaraq ictimai iştirakçılığın daha da genişləndirilməsi, bünün üçün sosial medianın imkanlarından  operativ və səmərəli istifadənin zəruriliyi  müzakirə edildi. Biz də müşavirənin tribunasından sosial mediada məsuliyyət məsələsinin vacibliyini önə çəkdirk. Sanırıq ki, İctimai Şuraların  yaradılması zəruri olan  olan yeni sosial şəbəkə səhifələri təkcə cəmiyyətimizdəki problemləri önə çəkib qabardmaqla deyil, eyni zamanda sosial məsələlərin dövlət proqramları  çərçivəsində ardıcıllıqla həll edildiyini əsas götürməklə, yerli əhəmiyyətli məsələlərin aidiyyatı dövlət qurumlarının   nəzərinə vaxtında çatdırmaq və onların həllinə nail olmaqdır. Bu sahədə müsbət təcrübənin təbliğ edilməsi də çox vacibdir.

 Regionda keçirilən  müşavirədən sonra  burada səslənmiş çağrışlar  İctimai Şuramızın  son iclasında geniş müzakirə  olunmuş, bu sahədə Salyan rayonundakı müsbət təcrübə qeyd edilməklə insanların müraciət imkanlarının genişləndirilməsi üçün  daha   geniş  şəraitin yaradılması  zərurəti vurğulanmışdır.

Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən  İctimia Şura sədrinin müavini  Leyla Nəsirova, Şuranın katibi Vəfa Əbilova, üzvlərdən Allahverdi Piriyev, Məhəmməd Ağayev, Sevda Quliyeva və  Arif Əskərov çıxış edərək  zona konfranslarında müzakirə olunan məsələlərin həlli üçün görüləsi işlərə münasibət  bildirmiş,  İctimai Şuralar və onları təmsil edən QHT-lərin  cəmiyyətin və dövlətin həyatında  daha aktiv və səmərəli rol oynamaları üçün irəli sürülən  təkilfləri dəstəkləmişlər. Məqsəd ictimai nəzarətin həyata keçirilməsi, vətəndaş –məmur münasibətlərinin daha da yaxınlaşması, nəticə etibarı ilə dövlətimizin və cəmiyyətimizin həyatında QHT-lərin rolunun artması və  fəaliyyətlərinin yeni dövrün tələblərinə cavab verməsi üçün şəraitin yaradılmasıdır.

 

                                                                    

 

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.