Vüsal Quliyev regionlarda ictimai şuraların inkişafı üçün maarifləndirmə işinin aparılmasına ehtiyac olduğunu vurğulayıb - VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının keçirilməsinə başlayıb. QHT.az -ın xəbər verir ki, mayın 20-də Qubada təşkil olunan ilk konfrans Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarını əhatə edib.

Kofransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, ölkəmizdə qeyri-hökumət təşkilatları bir neçə mərhələdə inkişaf yolu keçmiş, QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşmışdır.2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, QHT-lərə maliyyə, metodiki, konsultativ, təşkilati dəstəyin göstərilməsi və s. bunun bariz nümunəsidir.

 

Bu gün isə QHT-dövlət münasibətlərində yeni mərhələ başlamış, təşkilati-hüquqi forması, fəaliyyət istiqaməti və idarəetməsi ilə fərqlənən yeni təsisat kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılmışdır.

 

O cümlədən, Vüsal Quliyev icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların fəaliyyətinin təkmilləşdirilməsi məsələsinə toxunub, bu təsisatların inkişafı üçün maarifləndirmə işinin aparılmasına ehtiyac olduğunu vurğulamışdır.

 

 


Paylaş

Aktiv sorğu yoxdur.