İctimai Şuranın sədri vəfat etdi

İctimai Şuranın sədri vəfat edib. 

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov dünyasını dəyişib.

Vəzirxan Ənsərov 1946-cı ildə anadan olub. 1983-1991-ci  illərdə  Sumqayıt   şəhər  Xalq  Deputatları  Sovetinin  üç  çağırış  deputatı  seçilib. 2000-ci  ildən  2009-cu  ilədək  43  saylı  Sumqayıt    üçüncü  seçki  dairəsinin  dairə  seçki  komissiyasının  sədri  vəzifəsində  çalışıb. YAP  Sumqayıt  şəhər  təşkilatında  təşkilat  şöbəsinin  müdiri, sədr  müavini,   idarə  heyətinin  və  şuranın  üzvü  seçilib.

2014-cü   ilin    19  sentyabr  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  Sərəncamı  ilə  «Tərəqqi»  medalı  ilə  təltif  olunub.  Şəhər  Ağsaqqallar  Şurasının  və  idarə  heyətinin  üzvü idi.

Allah rəhmət eləsin!

 


Paylaş

Aktiv sorğu yoxdur.