Salyanda İctimai Şura üzvləri şəhid ailəsini ziyarət etmişlər

Vətən müharibəsində igidlik və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn oğullarımızın xatirəsi dövlətimiz və xalqımız tərəfindən uca tutulur.

Müstəqil Azərbaycanımızın tarixində Zəfər səlnaməsini qanı, canı ilə yazan, xalqımıza qurur, iftixar hissini yaşadan “Dəmir yumruq”la tarixi düşmənlərimizin iradəsini qiran hərbçilərimizin həyatı və döyüş yolu nəsillərə bir nümunədir.

Ona görə də bizə Zəfər Gününü yaşadanlar heç vaxt unudulmamalıdır. Salyan rayonundan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 60 şəhidin hamsının ünvanı digər şəhidlərimiz kimi doğmaların, yaxınların, ictimaiyyət nümayəndələrinin daimi ziyarət yerlərinə çevrilmişdir. Hər kəs bu ünvanlarda olmaq, şəhid ailələrini, qəhrəmanlarımızın məzarlarını, onların adı verilmiş məkanları ziyarət etməklə bu müqqəddəs kədiri bölüşür, zəfərimizi bizə yaşadanların ruhu qarşısında baş əyirlər.

Salyan Rayon İcra Hakimiyyəti yanında yaradılmış İctimai Şuranın üzvləri şəhidlərimizin ad günləri və anım tarixlərində, xatirələrinin əbədiləşdirildiyi vaxtlada ictimaiyyət nümayəndələri ilə birlikdə bu ünvalarda olur, üzərlərinə düşən ictimai vəzifəni yerinə yetirirlər.

İctimai Şuranın üzvləri şəhid Nicat İbrahim oğlu Nağıyevin ad günü ərəfəsində onun doğulduğu Salyan rayonunun Qızılağac kəndində olmuşlar. İlk olaraq təhsil aldığı Əlövsət Quliyev adına kənd məktəbinin kollektivi ilə, adını daşıyan sinifdə, ona dərs vermiş müəllimlərlə söhbət etmiş, xatirəsi anılmış, məktəbin məzunlarınin xatirəsinə ehtiram olaraq yaradılmış güşayə baxılmışdır. Şura üzvləri şəhidin doğulub boya başa çatdığı kənd evində atası İbrahim və anası Məxluqə xanım tərəfindən ehtiramla qarşılanmışlar. İctimai Şuranın sədri Rüstəm Məlikov, üzvlərdən Məhəmməd Ağayev, Allahverdi Ririyev, Sevinc Səmədova, Leyla Nəsirova ailə üzvləri ilə sönbət zamanı müzəffər ordumuzun sıralarında döyüşüb igidlig göstərmiş, qanı və canı ilə torpaqlarımızı azad etmiş şəhidlərimizin əziz xatirəsi bir daha yad edilmiş, 19 yaşında şəhidlik zivəsinə ucalmış Nicatın şəxsi əşyalarından və olümündən sonra layiq görüldüyü döyüş təltiflərindən ibarət guşə ilə tanış olmuşlar.

Şura üzvləri “Ana Kür” qəzetinin Salyan rayonunun şəhidlərinə həsr edilən rəngli kağızda çap edilmiş xüsusi buraxılışını da şəhidin eksponatları sırasına və təhsil aldığı məktəbdə şəhidlər üçün yaradılmış guşəyə qoymuşlar. İctimai Şura üzvləri çanlarından keçməklə bizə Zəfər günlərini yaşadan şəhidləriizin ailələrini ziyarət etməkdə davam edir.


Paylaş

Aktiv sorğu yoxdur.