Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının sonuncu onlayn iclası baş tutub. İctimai Şuranın üzvlüyünə seçilmək məqsədilə namizədlər tərəfindən təqdim edilmiş sənədlər Seçki Komissiyası tərəfindən qiymətləndirilib, müəyyən edilmiş qaydalara uyğun təqdim edilmiş və adları siyahıda göstərilən namizədlərin müraciətləri qeydə alınıb:

 

 

NAMİZƏDLƏRİN SİYAHISI

  1. İlqar  Orucov, “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyəti” İctimai Birliyinin namizədi;
  2. Aynur Zülfüqarlı, “Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək” İctimai Birliyinin namizədi;
  3. Mirzə Cəfərzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin namizədi;
  4. Fuad Məmmədov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının namizədi;
  5. Aydın Zeynalov,  “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyinin namizədi;
  6. Günel Səfərova, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin namizədi;
  7. Səadət Veysova,  “Təhsilin İnkişafı Naminə Fəaliyyət” İctimai Birliyinin namizədi;
  8. İlqar Məhərrəmov,  "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin namizədi;
  9. Kamil Həmidov, “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin namizədi;
  10. Rüfət Əsədzadə, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının namizədi;
  11. Məleykə Əlizadə, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin namizədi;
  12. Pərvanə Məmmədova, “YUVA” Humanitar Mərkəzinin namizədi;
  13. Kamran Əsədov, “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin namizədi;
  14. Etibar Əliyev, “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin namizədi;
  15. Gülməmməd Məmmədov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin namizədi;
  16. Elmin Nurizadə, “Tərəfsiz Jurnalistlər” İctimai Birliyinin namizədi.

” İctimai Birliyinin namizədi Əliyev Etibar Qasım oğlu;

15.“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin namizədi Məmmədov Gülməmməd Əbülfət oğlu;

16.“Tərəfsiz Jurnalistlər” İctimai Birliyinin namizədi Nurizadə Elmin Nazim oğlu.

 

 

Məlumat üçün bildiririk ki, İctimai Şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaq 23 noyabr 2021-ci il saat 14:00-da, Nizami küçəsi 183 ünvanında yerləşən Azərbaycan-Fransız Universitetinin (UFAZ) akt zalında keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib.

 

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı barədə elana əsasən 1-28 oktyabr tarixlərində davam edən sənəd qəbulu prosesi ərzində seçici kimi qeydiyyata alınmaq üçün ümumilikdə 167 müraciət daxil olub. Müraciət edən 60 vətəndaş cəmiyyəti institutu təmsilçilərinin sənədləri müvafiq tələblərə uyğun olduğu üçün müraciətlərə müsbət rəy verilərək qeydə alınıb:

 

Seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.


Paylaş

Aktiv sorğu yoxdur.