İnternet Provayderləri İctimai Şuradan kömək istədilər: Topdan satış qiymətləri bahadır

Sentyabrın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

İclasda Ictimai Şuranın üzvləri ilə internet provayderlərdən “Avirtel”-in rəhbəri İsmayıl Şabanov, “Sazz-LTE” –in rəhbəri Gürsel Sultanov, “Smart systems technology”-in rəhbəri Firidun Akbarov, “Azintex“in rəhbəri Elşad Əliyev və internet üzrə ekspert Eldar Cəfərov iştirak edib. Görüşdə internetlə bağlı problemləri araşdırılması və onların həlli istiqamətində müzakirələr aparılıb. 

 Görüşdə iştirak edən  internet provayderləri rəhbərləri bu sahə üzrə problemləri danışaraq,  internet sahəsində əsas məsələ tezlikdir və bu məsələlərdə köməklik olunmasını istədilər. Bu sahədə problemlərin qismət aradan qalxması üçün bəzi təkliflər irəli sürüldü. Onlar qeyd etdilər ki, nazirlik tərəfindən tender elan etməlidir ki, həmin tenderdə iştirak edərək müstəqil fəaliyyət göstərə bilsinlər. Bunun üçün bütün imkanlar vardır. Hər bir provayderin birlik sistemi olmalıdır və ona nəzarət etməlidir. Topdan satış qiymətləri bahadır və bu qiymətlərdə müəyyən güzəştlər edilməlidir. Bunlarla yanaşı ən böyük məsələlərdən biri də bu sahədə kadr hazırlığı və xidmətlərə görə məsuliyyətin daşınmasıdır. Xidmətlərə görə məsuliyyətin daşınması müqavilələrdə qeyd olunmasıdır.

Beləliklə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın ilkin dinləməsi yekunlaşaraq, növbəti görüşün yaxın günlərdə Nazirlə birgə keçirilməsi qərara alındı.


Paylaş