ANAMA yanında İctimai Şuranın iclası keçirilib

2021-ci il 1 sentyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın iclası keçirilib. İclasda üzvlər tərəfindən fəaliyyət planı müzakirə edilib, gələcək işlərlə bağlı istiqamətlər müəyyən edilib. Görüş çərçivəsində İctimai Şuranın rekvizit və atributları haqqında fikir mübadiləsi aparılıb.

ANAMA yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Umud Mirzəyev qeyd edib ki, üzvlər fəaliyyətlərini genişləndirməli, işğaldan azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatlarla yüksək çirklənmə səviyyəsini həm ölkədaxili, həm də beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmalıdır.

Görüşdə önəmli müzakirə mövzularından biri də BMT-nin Mina və partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması məsələləri üzrə Ümumdünya Vəkili Daniel Kreyqə, İctimai Şuranın üzvləri tərəfindən Azərbaycandakı mövcud vəziyyətə dair müraciətlə bağlı idi. Müraciət məktubunun məzmunu müzakirə edildi, müvafiq əlavələrdən sonra yaxın bir müddətdə məktub minaların və partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması ilə bağlı BMT-nin qlobal müdafiəçisinə ünvanlanacaq. Məqsəd vətəndaşların həyatını qorumaq, bölgəyə sülh və firavanlıq gətirmək səylərinə töhfə verməkdir.

İctimai Şura üzvləri azad edilən ərazilərə işgüzar səfərlər planlaşdırır, maarifləndirmə və bu sahədə təhsil üzrə təkliflər müzakirə edilir, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir.


Paylaş

Aktiv sorğu yoxdur.