Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlüyünə namizədlərin qeydə alınması yekunlaşıb - Siyahı

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq 23.07.2021-ci il tarixdən 23.08.2021-ci il tarixədək namizədlərin qeydiyyatı həyata keçirilmişdir.

İctimai Şuraya namizədliyi irəli sürülmüş vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 23 nəfərin namizədliyi qeydə alınmışdır. 

 

Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlüyünə namizədliyi qeydə alınmış şəxslərin Siyahısı

 1. Əliyev Ramil Arif oğlu “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi (QHT)

2. Əzəmmədov Hafiz Firidun oğlu “Azərbaycan Gənc Marketoloq-Reklamçılar” İctimai Birliyi (QHT)

3. Məmməd Vəliyev Mirzə Ağamurad oğlu “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi (QHT)

4. İbrahimli Qulu Həsən oğlu “Sahibkarların Gömrük Maarifləndirilməsi” vətəndaş təşəbbüs qrupu

5. Axundzadə Elçin Rəşid oğlu “Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyi (QHT)

 6. Muradov Elməddin Nadir oğlu “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi (QHT)

7. Qasımov Qurban Oruc oğlu “Azad İstehlakçılar” İctimai Birliyi (QHT)

8. Dostiyari Emin Nadir oğlu “Azərbaycanda Qida və İçki Sənayeçiləri Asossiasiyası” İctimai Birliyi (QHT)

9. Bayandurov Nazim İsmayıloviç “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyi (QHT)

10.Əliyev Vüsal Yusif oğlu “Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyi (QHT)

11.Zülfüqarlı Aytac Sədrəddin qızı “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (QHT)

12.Əliyev Müqamət Süleyman oğlu “Gənc Vətənpərvərlər” İctimai Birliyi (QHT)

13.Əhmədzadə Xanım Ağamirzə qızı “Hüquqşünas Qadınlar Asossiasiyası” İctimai Birliyi (QHT) 14.İbrahimov Ramid Ələsgər oğlu “Bakı Vaxtı” Xəbər Portalı (KİV)

15.Məmmədov Namiq Məmməd oğlu “Sabaha İnamla” qəzeti (KİV)

16.Hüseynov Tural Yadigar oğlu “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyi (QHT)

17.Dadaşova Şəbnəm Rəfael qızı “Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi İctimai Birliyi (QHT)

18.Orucov Tural Vəlyəddin oğlu Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AZTV) (KİV)

19.Bayramov Çingiz İbrahim oğlu “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” İctimai Birliyi (QHT)

20.Yusifov Ceyhun Salman oğlu “Media İnkişaf Mərkəzi” İctimai Birliyi (QHT)

21.Məmmədova Bahar Gəncəli qızı “Regional Əməkdaşlıq və Sosial İnkişaf” İctimai Birliyi (QHT) 22.Ədilzadə Ədil Tahir oğlu “Sabahinfo” İnformasiya Agentliyi (KİV)

 23.Abbasov Asim Müşfiq oğlu “Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım” İctimai Birliyi 

 

Xatırladırıq ki, Seçki Komissiyasının qərarı ilə Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlərinin sayı 13 nəfər müəyyən edilmişdir.

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda 21.09.2021-ci il tarixdə saat 09:00-dan 16:00-dək Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində (Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küç, 4a) gizli səsvermə yolu ilə seçiləcəkdir.

Birgə yığıncaqda təmsilçisinin iştirak etməsinə maraq göstərən vətəndaş cəmiyyəti institutları seçkidə seçici qismində iştirak edəcək nümayəndə barədə zəruri məlumatları göstərməklə, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərin təşkilini həyata keçirən Seçki Komissiyasına müraciət etməlidir.

Seçicilərə dair tələblər

· İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;

· İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu bir təmsilçisinin namizədliyini irəli sürməlidir;

· Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.

 

Seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. seçicinin qeydiyyata alınması üçün müraciət (soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə telefonu göstərilməklə);

2. seçicinin şəxsiyyət vəsiqəsinin surəti;

3. seçicinin vətəndaş cəmiyyəti institutuna üzvlüyünü təsdiq edən sənədin surəti;

4. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.

 

Sənədlərin qəbulu və baxılması

Seçicilərin qeydiyyatı məsələsinə Seçki komissiyası tərəfindən baxılır. Qeydiyyat üçün sənədlər 11.09.2021-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Namizədliyi qeydə alınmış şəxsləri, onların nümayəndələrini, eləcə də maraqlı olan KİV təmsilçilərini seçki gününə bir gün qalanadək, Dövlət Gömrük Komitəsinə şəxsən və ya [email protected] elektron poçtu vasitəsilə məlumat verməklə seçki prosesini izləməyə dəvət edirik.

 


Paylaş

Aktiv sorğu yoxdur.