Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İc­timai Şu­ra­nın növbəti iclası keçirilib.

İclasda İсtimai Şuranın “Fəaliyyət planı”, görüş qrafikləri, növbəti aylarda görüləcək işlər müzakirə edilib.

“Fəaliyyət Planı” “İş Planı” ilə əvəz edilərək təsdiqlənib.

Təşkilat üzvləri İctimai Şuranın görüş qrafikləri, növbəti aylarda görüləcək işləri müzakirə edərək, onun tez bir zamanda hazırlanıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilməsi məsələsini səsvermə əsasında qəbul ediblər.

Növbəti aylarda internetlə bağlı problemlərin, Azərbaycanın İT məhsullarının ixracının artırılmasına təsir edən maneələrin, yol hərəkəti təhlükəsizliyinin, hava və dəniz nəqliyyatında mövcud problemlərin müvafiq qurumların nümayəndələrinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur.

Sonra cari məsələlərə baxılıb.

 

Qeyd edək ki, növbəti iclasın sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.