Mədəniyyət naziri Anar Kərimov İctimai Şura üzvləri ilə görüşüb - FOTO

30 iyul Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib. İclası giriş sözü ilə açan Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib, QHT-lər dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər.

Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran A. Kərimov yaradılan İctimai Şuranın bu sahədə görəcəyi işlərin əhəmiyyətindən danışıb.

O, İctimai Şuranın üzvlərinə Nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərindəki fəaliyyətlərində uğurlar arzulayıb.

Fəal müzakirə şəklində davam edən iclasda birgə məhsuldar əməkdaşlığın yol xəritəsi müəyyən olundu.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.