Daxili İşlər Nazirliyi yanında İctimai Şura  BƏYANAT yaydı

Daxili İşlər Nazirliyi yanında İctimai Şura Maraqlar toqquşmasına yol verilməsinin qarşısının alınması haqqında BƏYANAT qəbul edib

DİN yanında İctimai Şuranın 19 iyul 2021-ci il tarixdə keçirilən iclasında Şuranın “Maraqlar toqquşmasına yol verilməsinin qarşısının alınması haqqında BƏYANAT”- ı qəbul edilib. Bu Bəyanat Şura və onun üzvlərinin fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin olunması, qərəzsiz olması, obyektivlik prinsiplərinin qorunması məqsədilə qəbul edilib. Maraqlar toqquşması hallarının yolverilməzliyi və onların qarşısının alınması haqqında müddəalar və nəzərdə tutulan məsuliyyət Şuranın Etik davranış Kodeksində də öz əksinə tapıb. Aşağıda sözügedən Bəyanatın mətni ilə tanış ola bilərsiniz:

Daxili İşlər Nazirliyi yanında İctimai Şura Maraqlar toqquşmasına yol verilməsinin qarşısının alınması haqqında BƏYANAT

Azərbaycan, Bakı şəhəri 19.07.2021-ci il

Daxili İşlər Nazirliyi yanında İctimai Şura şəffaflıq, hesabatlılığın yüksək standartlarına riayət edilməsini, maraqlar toqquşmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməsini ictimai maraqlara cavab verən fəaliyyətin əsas şərtlərindən biri kimi nəzərdən keçirir.


İctimai Şura hesab edir ki, ictimai etimadın əsas məsələlərindən biri onun qərəzsiz, obyektiv fəaliyyətinə mane ola biləcək, şübhələr yaradacaq və kölgə salacaq hal və hərəkətlərə yol verilməməsidir. İctimai Şura öz fəaliyyəti ilə əlaəqdar, bu cür hal və hərəkətlərə qarşı barışmaz mövqe tutacaqdır və bu mövqe Şura üzvlərinin ümumi rəy və iradəsinə əsaslanır.
Bu qeyd olunanlara əsas tutaraq İctimai Şura üzvləri bəyan edirlər ki, maraqlar toqquşmasının qarşısının alınması məqsədilə DİN-in keçirdiyi qrant və digər müsabiqələr, həmçinin bütün növ satınlamalarda iştirak etməyəcəklər.


İctimai Şura üzvləri ictimai əsaslarla fəaliyyət göstərmək prinsipinə sadiq qalaraq İctimai Şuranın üzvü kimi onun fəaliyyəti ilə əlaqədar maddi və sair nemətlərin, güzəştlərin, imtiyazların əldə olunmasını nəzərdə tutan heç bir hərəkətə yol verməyəcəklər


Paylaş