Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İc­timai Şu­ra­nın iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İc­ti­mai Şu­ra­nın iclası keçirilib.

İclasda şu­ra­nın Reqlamenti, Əsasnaməsi, Fəaliyyət planı və cari məsələlər müzakirə edilib.

Reqlament səsvermə əsasında qəbul olunub.

Əsasnamənin digər şura üzvləri arasında müzakirəyə çıxarıldıqdan sonra növbəti iclasda təsdiqlənməsi təklifi səsə qoyularaq qəbul edilib.

Sonra İctimai Şuranın Fəaliyyət planının müzakirəsi dinlənilib.

Daha sonra cari məsələlərə baxılıb. Bir sıra məsələlərlə yanaşı, şəhid və qazi ailələrinin telefon və internet problemlərinin həll edilməsi istiqamətində işlərin görülməsi müzakirə predmeti olub.


Paylaş

Aktiv sorğu yoxdur.