“Heç bir kənar müdaxilə olmayıb” -  DİN rəsmisi

“Heç bir kənar müdaxilə olmayıb”

Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər qanunvericiliyə uyğun olaraq təşkil edilib. İyunun 3-də 40 nəfərin 15 yer uğrunda keçirilən səsvermədə namizədlərdən 2 nəfər lazım olan səsi toplayıb. Səsvermədə vətəndaş cəmiyyəti institutlarının 222 nümayəndəsi iştirak edib.

Bunu Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə yaradılan Seçki Komissiyasının üzvü, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Qurum rəsmisi bildirib ki, İctimai Şuranın üzvü olmaq üçün 13 yer uğrunda mübarizə 38 vətəndaş cəmiyyəti institutu arasında davam edir.

“Seçkinin 2-ci turu 7 iyun tarixində saat 10:00-dan 14:00-a kimi keçiriləcəkdir.

Seçki iştirakçıların gözü qarşısında keçirilib, heç bir kənar müdaxilə edilməyib. Əlavə şərhim yoxdur”, - deyə E.Hacıyev əlavə edib.

 

AzNews.az 


Paylaş

Aktiv sorğu yoxdur.