Dövlət Əmək Müfəttişliyi Xidmətində İctimai şura üzvləri ilə görüş olub

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təkmilləşdirilməsi  üçün ardıcıl islahatlar aparılır, qanunvericiliyə dəyişiklik layihələri hazırlanır. Məqsəd əmək müfəttişliyinin fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübəyə və müasir tələblərə uyğun qurulmasıdır.

 Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüşdə bildirib. 

 O, əmək münasibətləri sahəsinə “Əmək müqaviləsi bildirişləri” altsistemi üzərindən çevik və obyektiv, səmərəli nəzarətin təmin edilməsi, əmək qanunvericiliyinin pozulması faktlarını müəyyən edilməsi və aradan qaldırılması istiqamətində görülən işləri qeyd edib. İşçilərin, xüsusilə həssas əhali qruplarından olan, həmçinin həssas əhali qruplarından olan işçilərin əmək hüquqlarının qorunmasının diqqət mərkəzində olduğunu bildirib.

 F.Heydərov Xidmətin gördüyü və planlaşdırdığı işlərlə bağlı geniş məlumat verib. Xidmətdə İSO 37001 Antikorrupsiya idarəetmə sistemi beynəlxalq standartının tətbiqi, risk əsaslı nəzarət mexanizminin qurulması,  Əməyin Mühafiəsi Mərkəzinin yaradılması sahəsində aparılan işləri diqqətə çatdırıb.  “Əmək sahəsi üzrə” Texniki Komitənin fəaliyyəti məlumat verib.

İctimai şuranın sədri Elşad Məmmədovun, şuranın sədr müavini Umud Mirzəyevin və digər şura üzvlərinin fikirləri dinlənilib. Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.