Daxili İşlər Nazirliyindən İctimai Şuraya seçkilər ilə bağlı rəsmi məlumat  

Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı təkrar seçkilər 2021-ci il iyun ayının 7-də saat 10:00-dan 14:00-dək Bakı şəhəri, Azadlıq prospekti, ev 161 ünvanında (Nazirliyin inzibati binasında) koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər və tələblər nəzərə alınmaqla keçiriləcəkdir.

Yığıncaqda iştirak edən təmsilçilərin şəxsiyyət vəsiqələrinin üzərində olması vacibdir.

Əlavə məlumat üçün Seçki Komissiyası ilə (012) 590-92-28 və ya (012) 590-91-03 nömrəli telefonlarla əlaqə saxlanıla bilər.

Nazirliyin saytındakı məlumata əsasən 246 vətəndaş cəmiyyəti institutu nümayəndəsi səsvermədə iştirak edəcək. 

Qeyd edək ki, dünən keçirilən seçkilərdə 220 vətəndaş cəmiyyəti institutu nümayəndəsi iştirak edib. Seçkinin nəticəsinə əsasən aşağıda adları qeyd olunan  2 QHT sədri tələb olunan (iştirakçıların yarıdan çoxunun səsi) səsi toplayıb: 

  1.  “Konstitusiya” Araşdırmalar fondunun prezidenti Əliməmməd Nuriyev -   131 səslə
  2.  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova  - 119 səs 

Təkrar seçkidə isə ən çox səs toplayan 13 namizəd sadə səs çoxluğu ilə İctimai Şuraya üzv seçiləcək. 

 

 Təkarar  tura qalan namizədlər:

 

S/n

Adı

Təmsil olunduğu vətəndaş cəmiyyəti

1

Muradov Elməddin Nadir oğlu

Jurnalistika və İnkişaf Mərkəzi ictimai birliyinin sədri və “Avtosfer.az” saytının təsisçisi

2

Abbasbəyli Əhməd Nəbi oğlu

Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı ictimai birliyinin sədri

3

Hüseynov Tural Yadigar oğlu

“İşgəncələrə qarşı Azərbaycan Komitəsi” ictimai birliyinin sədri

4

Qasımov İlqar Manaf oğlu

“Hüquqi Yardım” ictimai biriliyinin sədri                       

5

Əliyev Şəmsəddin Mənsur oğlu

“Polisə Dəstək” ictimai birliyinin sədri

6

Aşumova Kəmalə Zabil qızı

“Ümidli Gələcək” Sosial təşəbbüslər ictimai birliyinin icraçı direktoru

7

Bənənyarlı Səadət İzzət qızı

“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyinin sədri

8

Səfərova Gülayə İsmayıl qızı

“Ailə Dünyası” Ailələrə hüquqi yardım ictimai birliyinin sədri

9

Becanov Rəfail Zəkəriyyə oğlu

“İnsan Hüquqları və Maarifçilik” ictimai birliyinin sədri       

10

Mustafazadə Ruslan Əsabəli oğlu

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” ictimai birliyinin hüquqşünası

11

Əhmədzadə Xanım Ağamirzə qızı

“Hüquqşünas Qadınlar Assosiasiyası” ictimai birliyinin sədri

12

Salmanov Elçin Fikrət oğlu

“Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” ictimai biriliyinin sədri

13

Cəfərova Mətanət Əsgər qızı

“Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri          

14

Adilov Nadir Adil oğlu

“Avrasiya Hüquqşünaslar Assosiasiyası” Sosial təşəbbüslər ictimai birliyinin icraçı direktoru

15

Əkbərov Fariz Vahid oğlu

“Duyğu” Sosial Reabilitasiya ictimai birliyinin üzvü

16

Ağazadə Kəmalə Yusif qızı

“Azərbaycan Uşaqları” ictimai birliyinin sədri                 

17

Sarıyev Anar Adil oğlu

“Korrupsiyaya qarşı Mübarizə Mərkəzi” ictimai birliyinin sədri 

18

Məmişov Elmari Cabir oğlu

“Hüquqi Təhlil və Araşdırmalar” ictimai birliyinin sədrinin müavini

19

Abdullayeva Mehriban Əli qızı

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri

20

Cəfərova Novella Cəfər qızı

“D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” ictimai birliyinin sədri                

21

Kazımov Xalid Vahid oğlu

“Regional İnsan Hüquqları və Media Mərkəzi” ictimai birliyinin sədri

22

Nurməmmədov Araz Mayıl oğlu

“Gender Bərabərliyi” ictimai birliyinin idarə heyətinin üzvü

23

Şahsuvarov Taleh Novruz oğlu

“Sosial İnformasiya Agentliyi” MMC-nin təsisçisi və   direktoru, “AzNews.az” analitik-informasiya portalının baş redaktoru

24

Muradlı Kəmalə Ağalar qızı

“Müasir Azərbaycan Qadını” ictimai birliyinin sədri     

25

Quliyev Zaur Yunis oğlu

“Hüquq Dünyası” Hüquqi Təbliğat ictimai birliyinin sədri

26

Adıgözəlov Zaur Nazim oğlu

“Narkotizmlə Mübarizə” ictimai birliyinin sədri         

27

Yusubova Qəmzə Xanlar qızı

“Ekoloji Maarifçilik və Monitorinq” ictimai birliyinin sədri

28

Əmirhüseynova Mahirə İmanqulu qızı

“XXI Əsrin Qadınları” ictimai birliyinin və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri

29

Nəsirova İradə Polad qızı

“Mərhəmət” Kimsəsizlərə yardım ictimai birliyinin sədri

30

Qənizadə Çingiz Aşralı oğlu

Demokratiya və insan hüquqları komitəsinin təmsilçisi

31

Qocamanlı Səltənət Məmməd qızı

“İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” ictimai birliyinin sədri

32

Zeyni Rauf Xurşud oğlu

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti

33

Alıyev Ramiz Şükür oğlu

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı ictimai birliyinin sədri

34

Abbasov Fuad Malik oğlu

“MİSRA” İnformasiya mübadiləsi və təşəbbüsləri ictimai birliyinin üzvü

35

Quliyev Aydın Alqulu oğlu

Bakı Xəbər Qəzetinin baş redaktoru                            

36

Bəydəmirli Əkrəm Əlisahib oğlu

Sosial Rifah və Tədqiqatlar ictimai birliyinin sədri

37

Məmmədova Sevda Daşdəmir qızı

 

Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədr müavini

38

Əbilov Aydın Əhməd oğlu

“Yeni Yazarlar və Sənətçilər” ictimai birliyinin sədri

 


Paylaş

Aktiv sorğu yoxdur.