Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək
ELAN
Vətəndaş cəmiyyəti institutlarının nəzərinə
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətində ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə yaradılacaq ictimai şuraya namizədlərin qeydiyyat müddəti başa çatıb və seçkilərin vaxtı təyin edilib. İctimai şuraya seçkilər 12 iyun 2021-ci il tarixində saat 11:00-dan -16:00-dək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 77) inzibati binasında keçiriləcəkdir.