“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilər başa çatıb - VİDEO

Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın yaradılmasına dair mayın 7-də keçirilən seçkilərin ikinci mərhələsi başa çatıb.

Birlikdən  bildirilib ki, vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 17 namizəd arasından 11 nəfər səs çoxluğu ilə şuraya üzv seçilib. Beləliklə, “Azəriqaz” İB yanında İctimai Şuranın üzvləri aşağıdakı tərkibdə formalaşıb:

1. Salmanov Elçin Fikrət oğlu

2. İbrahimli Qorxmaz Əbülfəz oğlu

3. Hüseynov Eyyub Mahmud oğlu

4. Bəşirov Xəyal Kamil oğlu

5. Əliyev Mayis Nəbi oğlu

6. Məmmədov Sahib Məlik oğlu

7. Nəsirov Şaban Fəxrəddin oğlu

8. Quliyev Rəşad Xasay oğlu

9. Quliyev Zaur Yunis oğlu

10. Azərtaş Lalə Qabil qızı

11. Rəhimzadə Vüqar Gəncəli oğlu.

Qeyd edək ki, təkrar seçkilərdə səsvermə hüququ olan təmsilçilərin 86,7 faizi iştirak edib. Bundan öncə apreliın 30-da keçirilən seçki prosesində namizədlərin heç biri ümumi seçicilərin 50 faiz səsini toplaya bilməyib. Ona görə də Seçki Komissiyası ikinci mərhələyə dair qərar qəbul edib. İkinci turda namizədlər arasından İctimai Şuraya üzvlər səs çoxluğu sıralaması ilə seçiliblər.

 

 


Paylaş

Aktiv sorğu yoxdur.