FHN yanında İctimai şuraya seçkilərin keçirilməsi tarixi və seçkilərdə iştirak edəcək vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin qeydiyyatı barədə ELAN
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarına uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai şuraya seçkilər 27 aprel 2021-ci il tarixində saat 11:00-da FHN-in Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 66 ünvanında yerləşən inzibati binasının akt zalında keçiriləcəkdir.
Seçkilərdə təmsilçilərinin seçici kimi iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları 17 aprel 2021-ci il tarixinədək həmin şəxslər barədə zəruri məlumatları (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin qeydiyyata alınması üçün müraciəti, şəxsiyyət vəsiqəsinin surəti, vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti) elektron formada [email protected] və [email protected] e-mail ünvanlarına göndərməlidirlər.
Qeyd edək ki, nazirlik yanında İctimai Şura üzvlərinin sayı 15 nədərdən ibarət olacaq.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai şuranın üzvlüyünə namizədlərin siyahısı
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai şuranın üzvlüyünə namizədlərin siyahısı
Abbasova Vəfa Zahid qızı |
“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədr müavini |
Abışova Vüsalə Mahir qızı |
“Azəri-Press Agentliyi” MMC-nin baş direktoru |
Cürənov Ramiz Mikayıl oğlu |
“RƏVAN” Gəncliyə Dəstək İctimai Birliyinin sədri |
Ədilzadə Ədil Tahir oğlu |
“Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyinin sədri |
Fərzəliyev Sahib Abduləli oğlu |
Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri |
Hacızadə Fuad Mahmud oğlu |
Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti vəzivəsini icra edən |
Həbibov Fəxrəddin Həsən oğlu |
Beynəlxalq Akademiyanın Azərbaycan bölməsinin müxbir üzvü |
Həsənli Emin Əliyar oğlu |
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri |
İsmayılov Mehman Heydər oğlu |
Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının sədri |
Kazımov Aqil Qədim oğlu |
“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin idarə heyətinin üzvü |
Kəngərli İlkin Tələt oğlu |
“Çevrə” Davamlı İnkişafa Yardım İctimai Birliyində icraçı direktor vəzifəsini icra edən |
Qonaqov Rufiz Rəhim oğlu |
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri |
Mirələmli Pərviz Atamalı oğlu |
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri |
Mərdanov İlham İldırım oğlu |
“Qan Donorları Assosiasiyası” İctimai Birliyinin qan donoru vəzifəsini icra edən |
Rəhimli Davud Səid oğlu |
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının prezidenti |