Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura

Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam etdirilir-FOTOLAR

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası Yevlax-Bərdə avtomobil yolunun ətrafında keçirilmişdir.

Aksiyada Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev,YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov,Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Kərimov,sektorun əməkdaşları, Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri və iştirak etmişlər. Aksiya çərçivəsində rayonun iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilmişdir.

Fotolar

Paylaş