Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərin keçirilməsinin təşkili üçün Komissiyanın yaradılması haqqında
“İctimai İştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 saylı 30.05.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.3-cü bəndlərini rəhbər tutaraq
Qərara alıram:
1. Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərin keçirilməsinin təşkili məqsədilə 9 (doqquz) nəfərdən ibarət seçki komissiyası yaradılsın.
2. “İctimai Şuranın vətəndaş cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.4-cü bəndinə əsasən seçki komissiyasının tərkibi yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 nəfər, vətəndaş cəmiyyəti institutları nümayəndələrindən 5 nəfər cəlb edilməklə təsdiq edilsin:
Komissiyanın sədri:
Elnarə Əzizova Yevlax Şəhər İcra Hakimiyyəti Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.
Komissiyanın üzvləri:
Anar Hüseynov Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri.
Sərvər İsmayıl Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının köməkçisi.
İsmayıl Hüseynli Yevlax şəhər Bələdiyyəsinin sədri.
Minnət Mürsəlov Yevlax Rayon Ağsaqqallar Şurasının sədri.
Famil Əzizov “Kənd Qida İş” Həmkarlar İttifaqı
Yevlax şöbəsinin sədri.
Nurlana Məmmədova Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Yevlax Rayon Şurasının sədri.
Svetlana İsayeva Təhsil işçiləri Azad Həmkarlar İttifaqının
Yevlax rayon Komitəsinin sədri.
Mənsur Əliyev Qarabağ müharibəsi əlilləri, veteranları və
şəhid ailələri ictimai birliyinin Yevlax rayon
filialının sədri.
3. Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibi 7 (yeddi) nəfərdən ibarət müəyyən edilsin.
4. Seçki komissiyasına Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında və digər ictimai yerlərdə İctimai Şuraya seçkilərin keçirilməsi ilə bağlı namizədlərin irəli sürülməsi, namizədlərin qeydiyyatının başlanma və bitmə vaxtının elan yerləşdirilməsi tapşırılsın.
5. Komissiyaya seçkinin təşkilini “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsi tapşırılsın.
6. Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə bu sərəncamın aidiyyatı üzrə çatdırılmasının təmin edilməsi tapşırılsın.
7. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Yevlax Şəhər
İcra Hakimiyyətinin Başçısı: Anar Tağıyev