Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura

Yevlaxda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə möhtəşəm konsert keçirilib - FOTOLAR

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev parkında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş bayram konserti təşkil olunub

Bayram konsertində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri,rayon ictimaiyyətinin nümayəndələri, Yevlax Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri və sakinlər iştirak ediblər.

Konsertdə Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsindən, Dahi Öndərin Dünya Azərbaycanlılarının Həmrəyliyinə verdiyi önəmdən bəhs edilib.

Həmçinin bildirilib ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsindəki Şanlı Qələbəmizdən sonra bu ilin sentyabr ayının 19-20-də həyata keçirilən birgünlük antiterror əməliyyatı ilə Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonlarının işğaldan azad edilməsi ilə Azərbaycan öz dövlət suverenliyini tam təmin olunub. Müzəffər Ali Baş Komandan bütün işğaldan azad edilmiş şəhərlərdə Azərbaycan Bayrağı ucaldıb. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub,artıq dünya Azərbaycanlıları öz həmrəyliyini daha qururla, daha şövqlə,qalib Xalqın qalib nümayəndəsi kimi qeyd edirlər.

Respublikanın populyar incəsənət ustaları-Damla, Yaşar Usub, Şəbnəm Qəhrəmanova, Gülüzar Fərəcova və Sabir Hüseynovun bir-birindən maraqlı ifaları sakinlər tərəfindən böyük çoşqu ilə qarşılanıb.Konsertin sonunda möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

 

 


Paylaş