Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura

Yevlaxda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının təşkilatçılığı ilə şəhərdəki “Hayat” restoranında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini Xaliq Əliyev, Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri və rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlar iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyev iştirakçıları salamlayaraq, 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib.Çıxışının davamında Vətən Müharibəsindən danışaraq, gənclərimizin dövlətçiliyimizə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvəsini sərf edən Azərbaycan qadınlarının əməyi nəticəsində vətənpərvər ruhda tərbiyə olunan və Azərbaycan Ordusunun sıralarında xidmət edən rəşadətli hərbi qulluqçularımız ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir Yumruğ”u ətrafında sıx birləşərək cəmi 44 gün ərzində düşməni məhv edib, doğma torpaqlarımızı düşmən tapdağından azad etdiyini qeyd edib.

Şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini Xaliq Əliyev Şərqdə ilk dəfə, hətta Avropa ölkələrinin əksəriyyətindən əvvəl qadınların səsvermə hüququnu tanımış ölkə olaraq, Azərbaycanda gender bərabərliyinin həm Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə, həm də Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi dövründə dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu, qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etdiyini bildiriblər. Çıxışçılar vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü xeyirxah işlər bu gün Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Azərbaycan qadınlarının ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq ölkəmizin inkişafının təmin edilməsinə öz töhfələrini verdiklərini, mədəniyyətin, incəsənətin, elmin müxtəlif sahələrində, dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə etdiklərini, rayonun ictimai-siyasi və mədəni həyatında qadınların uğurla fəaliyyət göstərdiklərini, onlardan fəxri adlara, dövlət təltiflərinə layiq görülənlərin olduğunu qeyd etdilər.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildiriblər ki, qeyd edib ki, ölkəmizin elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Bu isə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi güclü dövlət qadın siyasətinin məntiqi nəticəsidir. Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, ailəyə, milli mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb. Ulu öndərin 6 mart 2000-ci il tarixdə "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı isə respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli hədiyyə oldu. Bu gün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir ki, bu da məhz Azərbaycan qadınının daha böyük uğurlar qazanmasına töhfə verir.

Tədbirdə çıxış edən qadınlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının Fəxri Fərmanları, hədiyyələri təqdim edildi.

 


Paylaş