“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu (30 sentyabr 2015-ci il, № 1308-IVQ)

“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2014-cü il iyunun 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur RASİ-ZADƏ

 

Bakı şəhəri, 30 may 2014-cü il

                   № 171

 

http://www.e-qanun.az/framework/31281


Paylaş

Aktiv sorğu yoxdur.