FHN yanında İctimai şuranın növbəti iclası keçirilib
5 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib. İclasda İctimai şuranın sədri Fuad Hacızadə, sədr müavini Mehman İsmayılov və şuranın digər üzvləri iştirak ediblər.
İclasda FHN yanında İctimai şuranın Əsasnaməsi, Fəaliyyət Proqramı və Reqlamenti müzakirə olunaraq təsdiq olunub.
Daha sonra İctimai şuranın gələcək fəaliyyət istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.