Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura

FHN yanında İctimai Şuranın sədr müavini Şahdağ Turizm Mərkəzində atraksiona baxış keçirib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyi yanında  İctimai Şuranın sədr müavini Vəfa Abbasova təhlükəsizlik qaydalarına riayət olunması və təhlükəsizliyə nəzarətin təmini səviyyəsini araşdırmaq üçün Şahdağ Turizm Mərkəzində açılan 2351 metr hündürlükdəki yeni atraksiona (coaster) baxış keçirib.

QHT.az xəbər verir ki, həyata keçirilən baxış zamanı müvafiq tələblər gözlənilməklə attraksionun zavodda istehsal edildiyi, texniki pasportla təmin edildiyi müəyyənləşib, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsizlik görülməsində nəzarət müfəttişliyinin əməkdaşlarının davamlı olaraq texniki müayinələr apararaq atraksiona (coaster) texniki nəzarəti həyata keçirdiyi məlum olub. Atraksionun istismarı ilə bağlı texniki işlərə cavabdehlik daşıyan mühəndis və attraksion operatorlarına Türkiyədən gələn mütəxəssislər tərəfindən təlimlər keçirilib, attraksion operatorlarının bilikləri üç aydan bir yoxlanılır, onlar müvafiq vəsiqə ilə təmin ediliblər.  Attraksionların istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısını almaq üçün operatorlar təlimatlandırılıblar. 
Vəfa Abbasova bildirib ki, həyata keçirilən bu tədbirlər nəticəsində Şahdağ Turizm Mərkəzində yerli və xarici turistlərin istifadəsinə verilən atraksionda təhlükəsizlik yüksək səviyyədə təmin olunub.

Fotolar

Paylaş