Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura

FHN yanında İctimai şuranın üzvləri ilə növbəti görüş keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri ilə növbəti görüş keçirilib.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında baş tutan görüşdə, əvvəlcə Şura üzvləri Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkib, tədris prosesi ilə maraqlanıb, həmçinin ali təhsil müəssisəsinin 15 illik fəaliyyətini əks etdirən Muzeyə baxıblar.

 

Sonra görüşdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev Şura üzvlərinə ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib və bildirib ki, Akademiya FHN üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir.

 

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev İctimai şuranın qurumun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi üçün faydalı mexanizm olduğunu və fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar müvafiq rəy və təkliflərinin nəzərə alınacağını bildirib, ictimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edərək ona fəaliyyətində uğurlar arzulayıb.

 

Daha sonra İctimai Şura üzvlərinə vəsiqələr təqdim edilib.

Fotolar

Paylaş