Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şura

İctimai Şuranın təşəbbüsü ilə şəhid ailəsi ziyarət edilib

      Sentyabr ayının 12-də Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü ilə, İctimai Şuranın sədri Qalib Quliyev, İctimai Şuranın üzvü Vasif Bağırov, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Xocalı rayon Kosalar kənd tam orta məktəbin direktoru Rafiq Quliyev, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının Gəncə şəhəri Yeni qəsəbə-2 üzrə ərazi partiya təşkilatının sədri Zülfü Quliyev, Vətən müharibəsi şəhidi Məmmədov Elnur Xurşud oğlunun ailəsini ziyarət ediblər. 

        Görüş zamanı Şəhidimizin övladları yeni tədris ilinin başlanması münasibətilə təbrik edilib. Şəhid ailəsinin problemləri ilə maraqlanılıb. 

        Şəhidimizin həyat yoldaşı Kəmalə Məmmədova dövlətimizin göstərdiyi diqqət və qayğıya görə razılığını bildirib. "YAŞAT" Fondunun övladları - Vahid və Yusifin ehtiyaclarına daim həssaslıqla yanaşdığını vurğulayıb. Onların məktəblilər üçün təşkil olunmuş yay düşərgəsindən yeni qayıtdığını diqqətə çatdırıb. Kəmalə Məmmədova müvafiq işlə təmin olunması üçün ona köməklik göstərilməsini xahiş edib. 

 


Paylaş