Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şura

İctimai Şuranın üzvləri Ağdamın Şəhidlər Xiyabanını ziyarət ediblər

14.10.2021-ci il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bir qrup Xocalı sakini Ağdamın Şəhidlər Xiyabanını ziyarət etdi. Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərindən də olduğu ziyarətdə sakinlərimiz öz doğmalarının, əzizlərinin qəbirlərinin axtarışına çıxdılar. Mənfur və barbar ermənilər Ağdamı yerlə yeksan etməkdən ürəkləri rahatlıq tapmayaraq qəbirlərimizi də viran edərək tanınmaz hala salıblar. İctimai Şuranının üzvləri yüzdən artıq Xocalı soyqırımı şəhidinin dəfn olunduğu Ağdamın Şəhidlər Xiyabanında qəbirlərin tanınmasına köməklik məqsədilə və Xiyabanda şəhidlərimizin xatirəsinə abidə ucaldılması üçün aidiyyəti qurumlara müraciət ediblər.   

Fotolar

Paylaş