Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şura

İctimai Şuranın sağlamlığı imkan verən üzvləri qanvermə aksiyasında iştirak etdilər

Aprel ayının 13-də qan xəstəliyi olan xəstələrə, hemofiliyalı xəstələrə yardım məqsədilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə qanvermə aksiyası keçirildi. "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin təşəbbüsü, Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilən aksiyaya rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrinin əməkdaşları, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərindən sağlamlığı imkan verən işçiləri qoşuldular.


Paylaş