Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri V "Xarıbülbül" Festivalında iştirak ediblər
Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev və İctimai Şuranın üzvü, uzun illər rayonumuzun mərkəzi xəstəxanasında baş həkim işləmiş, “Azərbaycan Bayrağı” ordenli, “Əməkdar həkim” fəxri adına layiq görülmüş Məmməd Nağıyev may ayının 12-də V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında iştirak ediblər. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunan festivalda böyük qürur və sevinclə hissi ilə iştirak edən İctimai Şuranın üzvləri Zəfər tədbirlərinin, gözəl əhval-ruhiyyəli bayram şənliklərinin doğma Xocalıda da keçiriləcəyinə əmin olduqlarını vurğulayıblar. Xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi nəticəsində azad olunan torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərini, Müzəffər Ordumuzun dağların sinəsi ilə açdığı Zəfər yolunu, Əziz Şuşamızın şən günündən aldıqları zəngin təəssüratları rayon qəzetində, sosial şəbəkə hesablarında geniş şəkildə paylaşım ediblər, cəmiyyət arasında öz sevinc hislərini bölüşüblər.