Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şura

"Xocalının səsi" qəzetinin mərhum redaktorunun məzarı İctimai Şura üzvləri tərəfindən ziyarət edildi

         "Xocalının səsi" qəzetinin 30 illiyi ərəfəsində Göygöl rayon Topalhəsənli kəndi yaxınlığındakı "Lüləli" qəbiristanlığında dəfn edilən mərhum redaktor Qasım Qırxqızlının məzarı "Xocalının səsi" qəzetinin redaktoru, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev, qəzetinin ştatdankənar bölgə müxbiri Elxan Qurbanov, Qasım müəllimin oğlu Vüqar Qasımov tərəfindən ziyarət edildi.

         Mərhum redaktor və yaxınlarının məzarı önünə gül dəstələri düzən tədbir iştirakçıları bütün dünyasını dəyişənlərə, şəhidlərimizə, o cümlədən doğma torpaq intizarı ilə dünyadan köçən həmvətənlərə Allahdan rəhmət dilədilər.

        Qalib Quliyev çıxış edərək "Tərəqqi" medalı mükafatçısı Qasım Qırxqızlının 2000-2015-ci illərdə "Xocalının səsi" qəzetində redaktor kimi fədakar əməyindən və insani keyfiyyətlərindən söhbət açdı. Vurğuladı ki, şair, yazıçı-publisist Qasım Qırxızlı Qarabağ həqiqətləri, Xocalı soyqırımı, erməni vəhşilikləri haqqında qəzetin səhifələrində və müəllifi olduğu kitablarda geniş məlumat vermişdir, erməni cinayətkarlığının faş edilməsi üçün var gücü ilə çalışmışdır. Bildirdi ki, Vətən Müharibəsində Qarabağ torpaqlarının düşmən tapdağından təmizlənməsi ilə Qasım müəllimin də ruhu şaddır. İndi "Xocalının səsi" qəzetinin səhifələrində Şanlı Zəfərimiz işıqlandırılır.

Fotolar

Paylaş