Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura
İctimai Şuranın katibi, “İnklüziv Cəmiyyət Naminə Əlilliyi Olan Şəxslərə Dəstək“ İB-nın sədri
Ramilə Mahmudova
Ramilə Rasim qızı Mahmudova – İctimai şuranın katibi, “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri
Mahmudova Ramilə Rasim qızı (08 noyabr 1981, Gədəbəy rayonu) – “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri, Abşeron rayonu, Xırdalan şəhəri B.Y.Cəfərov adına texniki və təbiət fənləri təmayüllü 3 nömrəli məktəb-liseyin müəllimi, Yeni Azərbaycan Partiyasının üzvü.
HƏYATI
- 1981-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Gədəbəy rayonunda müəllim ailəsində anadan olmuşdur.
- 1989-1999-cu illərdə - Gədəbəy rayonu Habil Allahyarov adına Soyuqbulaq kənd orta məktəbində oxumuşdur.
- Ailəlidir, 2 uşağı var.
TƏHSİLİ
Sosial iş və pedaqoji sahələr üzrə ali ixtisas təhsilinə malikdir:
- 2013-2017-ci illərdə - Azərbaycan Turizm və Menecment Universitetində əlavə ali təhsil alaraq “Sosial iş” ixtisasına;
- 2007-2008-ci illərdə - Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda təhsil alaraq “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarına;
- 2001-2005-ci illərdə - Bakı Dövlət Universitetində təhsil alaraq “Fizika” ixtisasına yiyələnmişdir.
İŞTİRAK ETDİYİ BƏZİ TƏLİM, KURS VƏ SEMİNARLAR
- 2021-ci ildə - Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi” Layihəsi çərçivəsində “BMT-nin əlilliyi olan şəxslərin hüquqlarının müdafiə mexanizmləri” mövzusunda keçirilmiş təlim;
- 2019-cu ildə - Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) və ABŞ-ın Vaşinqton Corcktaun Universitetinin Uşaq və İnsan İnkişafı Mərkəzinin təşkil etdikləri “Uşaqlıq dövründə sağlamlıq, təhsil, sosial inkişaf üzrə baza kursu (CHED)”;
- ABŞ Dövlət Departamenti və “Hüquq və İnkişaf” İctimai Birliyinin “Əlilliyi olan şəxslərin məşğulluq və sosial təminat hüquqları, onların hüquqi müdafiəsi” mövzusunda təlim;
- 2019-cu ildə - Avropa İttifaqı ilə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində təşkil olunmuş İnklüziv Təhsil üzrə Təlimçilərin Təlimi;
- 2018-ci ildə - Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin “İnformasiya-kommunikasiya texnologiyalarının tədrisdə tətbiqi” üzrə təlim kursu;
- 2017-ci ildə - Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və Əlavə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Fənn kuriklumlarının tətbiqi” üzrə təlim kursu;
- 2016-cı ildə - “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi, Rusiya Psixoterapiya Assosiyasiyasının “İdrak davranışı terapiyası” üzrə intensiv təlim kursu;
- 2016-cı ildə - ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun Fullbright proqramı üzrə “Sosial işin tədqiqat medodları” mövzusunda təlim kursu;
- 2014-2015-ci illərdə - Böyük Britaniyanın elm, təhsil və mədəniyyət təşkilatı olan Britaniya Şurası (British Council) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə “Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar” layihəsi çərçivəsində təşkil olunmuş təlimlər.
İCTİMAİ VƏ PEDAQOJİ FƏALİYYƏTİ
- 2021-ci ildən - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü və katibidir.
- 2018-ci ildən - “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədridir;
- 2008-ci ildən 2018-ci illə kimi - “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri olub;
- 2010-cu ildən - Abşeron rayonu, Xırdalan şəhəri B.Y.Cəfərov adına texniki və təbiət fənləri təmayüllü 3 nömrəli məktəb-liseyin müəllimidir.
İŞTİRAK VƏ RƏHBƏRLİK ETDİYİ BƏZİ LAYİHƏLƏR VƏ SOSİAL XİDMƏT SİFARİŞLƏRİ
- 2015-2020-ci illərdə - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sosial xidmət sifarişləri üzrə layihə meneceri;
- 2019-cu ildə - BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Avropa İttifaqının dəstəyi ilə “İnsan hüquqlarının təbliği və səmərəli müdafiəsində milli iştirakçıların imkanlarının artırılması layihəsi” çərçivəsində BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı alternativ hesabatın hazırlanması üzrə fərdi məsləhətçi;
- 2019-cu ildə - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunmuş “Əlilliyi olan şəxslərə sosial-psixoloji xidmətlərin təşkili” adlı layihənin rəhbəri;
- 2018-ci ildə - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunmuş “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” adlı layihədə sosial iş üzrə mütəxəssis;
- 2017-ci ildə - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunmuş “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” adlı layihənin rəhbəri;
- 2016-cı ildə - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunmuş “Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının artırılması üçün icma tipli qısamüddətli məktəbə hazırlıq kurslarının təşkili” adlı layihənin rəhbəri;
- 2015-ci ildə - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunmuş “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” adlı layihənin rəhbəri;
- 2014-cü ildə - Əlil Təşkilatları İttifaqı tərəfindən icra olunmuş “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi” adlı layihədə sosial iş üzrə ekspert;
- 2014-cü ildə - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunmuş “Regionlarda əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlərin təşkili” adlı layihənin rəhbəri;
- 2013-ci ildə - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunmuş “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığın artırılmasının təşkili” adlı layihənin rəhbəri.