Azəriqaz İB yanında İctimai Şura

“Azəriqaz” İB yanında İctimai Şuraya seçkilərin vaxtı elan edildi

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanında yaradılacaq İctimai Şuraya üzvlüklə bağlı namizədlərin irəli sürülməsi və qeydiyyata alınması prosesi başa çatıb. Təqdim olunan sənədlər Birlik yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyası tərəfindən qiymətləndirilib və aşağıda adları göstərilən namizədlərin müraciətləri qeydə alınıb.

1. Əliyev Fuad Ağası oğlu - "Vətəndaş hüquqlarının müdafiəsinə dəstək" İctimai Birliyi
2. Məmmədov Məhəmməd Qurban oğlu - "Gənclərin İnkişafına dəstək" İctimai Birliyi
3. Əhmədov Araz Əhməd oğlu "İnternat Məzunlarının sosial reinteqrasiyası" İctimai Birliyi
4. Qəribov Tələt Yusif oğlu - "Sağlam Yaşa" gənclərin maarifləndirməsi İctimai Birliyi
5. Zeyni Rauf Xurşud oğlu - "Bakı QHT Resurs və Təlim Mərkəzi İB" İctimai Birliyi
6. Aqil Camal Tapdıq oğlu - “Ortaq Dəyərlər” İctimai Birliyi
7. Bayramlı Elçin Bayram oğlu - "Hüquqi və Demokratik İslahatlar Mərkəzi" İctimai Birliyi
8. Məmmədova Bahar Gəncəli qızı - "Regional Əməkdaşlıq və Sosial İnkişaf" İctimai Birliyi
9. Mehtiyeva Rahilə İbrahim qızı - "Sosial - İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi
10. Ədilzadə Ədil Tahir oğlu - "SABAHİNFO İNFORMASİYA AGENTLİYİ" MMC
11. İbrahimov Əli Zülfüqar oğlu -“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi
12. Əliyeva İlahə Əhməd qızı - “Ziyalı Ocağı” İctimai Birliyi
13. Əliyev Anar Əliheybət oğlu - "Milli Fikir və İnkişaf" İctimai Birliyi
14. Yusubova Qəmzə Xanlar qızı - “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyi
15. Əzəmmədov Seymur Firidun oğlu - “Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyi
16. Nəsirov Şaban Fəxrəddin oğlu - “ İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi
17. Həsənov Samir Hüseynağa oğlu - “Ulduz" informasiya - kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə İctimai Birliyi
18. Rəhimova Esmira Hüseyn qızı - “Ailələrə Sosial Dəstək” İctimai Birliyi
19. İbrahimli Qorxmaz Əbülfəz oğlu - “BİOSFER” İctimai Birliyi
20. Əhmədzadə Xanım Ağamirzə qızı - “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyi
21. Salmanov Elçin Fikrət oğlu - "Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi" İctimai Birliyi
22. İsmayılov Rafiq Eldar oğlu - “Vətəndaş Cəmiyyəti Uğrunda” İctimai Birliyi
23. Axundova Nuranə Tofiq qızı - “Müasir İnsan resurslarının İnkişafı" İctimai Birliyi
24. Bəydəmirli Əkrəm Əlisahib oğlu - "Sosial Rifah və Tədqiqatlar" İctimai Birliyi
25. Əliyeva Dünyaxanım Yunus qızı - "Dünya" Ana və uşaqlar İctimai Birliyi
26. Əkbərov Fariz Vahid oğlu - "Hüquqi-Sosial Yardım və Maarifləndirmə" İctimai Birliyi
27. Məmmədova Almaz İsa qızı - "Rahib" Xeyriyyə İctimai Birliyi

“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya seçkilərin cari ilin dekabr ayının 19-da Birliyin inzibati binasında səhər saat 09:00-dan 13:00-dək keçirilməsi qərara alınıb və İctimai Şura üzvlərinin sayı 7 nəfər müəyyən edilib.
Səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə aşağıda göstərilən zəruri məlumatları təqdim etməklə, seçki komissiyasına müraciət edə bilərlər. Qeyd olunan tarixdən sonra göndərilən məlumatlar qəbul edilməyəcək.

Seçicilərin qeydiyyatı üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Seçicinin qeydiyyata alınması üçün müraciət (soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə telefonu göstərilməklə);
2. Seçicinin şəxsiyyət vəsiqəsinin surəti;
3. Seçicinin vətəndaş cəmiyyəti institutuna üzvlüyünü təsdiq edən sənədin surəti;
4. Vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.

Sənədlərin baxılması və qəbulu

Qeydiyyat üçün sənədlər 29 noyabr 2023-cü il tarixdən 09 dekabr 2023-cü il saat 18:00-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir.


Paylaş