Azəriqaz İB yanında İctimai Şura

 "Azəriqaz" İB yanında İctimai Şuranın növbəti iclası keçirilib

Bu gün "Azəriqaz" İB yanında İctimai Şuranın növbəti iclası keçirilib.

İclasda digər məsələlərlə yanaşı, Şura sədrinin seçilməsi də gündəliyə daxil edilib.

Belə ki, Şuranın 18.01.2022-ci il tarixdə keçirilmiş iclasında Xəyal Bəşirov Şuranın sədrliyindən istefa vermişdi. Bu günkü səsvermənin nəticəsi olaraq “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi”nin sədri Elçin Salmanov yekdilliklə Şuranın yeni sədri seçilib.


Paylaş