“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev İctimai Şuranın üzvləri ilə görüşüb - VİDEO
“Azəriqaz” İstehsalat Birliyinin Birliyin baş direktoru Ruslan Əliyev İctimai Şuranın üzvləri ilə görüşüb.
Bu barədə baş direktor Ruslan Əliyev öz facebook səhifəsaində məlumat paylaşıb: “Birliyimiz yanında yaradılan İctimai Şura üzvləri ilə növbəti dəfə görüşdüm.
Onları maraqlandıran sualları cavablandırdım. Bir daha bəyan etdim ki, qapılarımız istənilən müzakirə mövzusu üçün açıqdır. Buyurun, gəlin, hansı məsələni istəyirsiniz, nəzərdən keçirək. Bu bizim #prinsipial mövqeyimizdir. Daha sonra bütün Şura üzvlərinə üzvlük vəsiqələrini təqdim etdik.
Xeyirli olsun!”