Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura

İctimai Şuranın üzvü, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri
Sahib Məmmədov

 

Sahib Məlik oğlu Məmmədov - “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri

Sahib Məlik oğlu Məmmədov (15 dekabr 1962, Ucar) — ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü (2008-2021-ci illərdə),  Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri[2]. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

 

Həyatı və əmək fəaliyyəti

15 dekabr 1962-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində doğulmuşdur; 1970-1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində təhsil almışdır; 1981-1991-ci illərdə (donamada xidmət illəri çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsində işləmişdir. Əmək fəaliyyətinə Şimali Qafqazda, Baksan dərəsində, Neytirino qəsəbəsində abservatoriya tikintisində başlamışdır; 1981-1984-cü ildə SSRİ Hərbi Dəniz Donamasının Sakit Okean Donamasında müddətli hərbi xidmət keçmişdir. Sakit Okean Donamasının 17-ci Operativ Eskadrasının tərkibində Cənubi Vyetnamada (Kam-Ran yarımadası) döyüş xidmətində olmuşdur. Həmin eskadranın tərkibində həmçinin Yemən (Sakkotra adası), Efiopiya (Daxlaq adası), Polşa (Qdınıya) xidmətinin davam etdirmiş və Baltik Donamasından tərxis olunmuşdur. Hərbi xidmətlərinə görə “Uzaq səfərlərə görə” medalı ilə və digər hərbi təltiflərə layiq görülmüşdür; 1985-1991-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində coğrafiya ixtisası (həmçinin coğrafiya müəllimi) üzrə təhsil almışdır; 1997-2003-cü illərdə “Odlar Yurdu” Universitetində hüquqşünası ixtisası üzrə ikinci təhsil almışdır; 2002-2004-cü illərdə Polşada (Varşava) İnsan Hüquqları üzrə Beynəlxlaq Ali Kursu bitirmişdir; 1987-1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmişdir. 1987-ci ildə İşlədiyi Bakı Tunel Tikintisi İdarəsində bir neçə həmkarı ilə birgə “Azad həmkarlar birliyi” adlı yarımleqal təşkilat yaratmışdır və ona rəhbərlik etmişdir; Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında və təşkilatlanmasında iştirak etmiş, AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) rayon şöbəsinin Bakı Tunel Tikitisi İdarəsi üzrə Dayaq Dəstəsinin təsis edilməsində fəal iştirak etmiş və onun rəhbəri olmuşdur. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin Məclis Sədri olmuşdur; 1992-ci ildə keçirilən Prezident seçkilərində Yasamal rayon seçki dairəsinin sədri olmuşdur; 1992-ci ildə əvvəlcə Yasamal rayon İcra Hakimiyyəti Başçısının humanitar məslələr üzrə birinci müavini işləmişdir; 1992-1993-cü illərdə Yasamal rayonİcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir; 1993-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir və iyul ayınadək həmin vəsifədə işləmişdir; 1993-1997-ci illərdə Azərbaycan Neft-qaz sənayeşi işçilərinin Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsində işləmişdir; 1997-ci ildə bir qrup həmkarları ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını (VƏHML) təsis etmiş və onun İcraiyyə Komitəsinin sədri seçilmişdir. VƏHML 2000-ci ilin mart ayının 18 də Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən ictimi birlik kimi qeydə alənmışdır. Sahib Məmmədov hal hazırda bu təşkilatın icraiyyə komitəsinin sədridir.

 

İctimai və siyasi fəaliyyət

1989-1994-cü illər-Azərbaycan Xalq Cəbhəsinin üzvü. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin məclis sədri;

1995-1996-cı illər-Vəhdət partiyası sədrinin birinci müavini, Baş Məclisin sədri;

1996-2000-ci illər-Müsavat Partiyasının üzvü;

1997-ci ildən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri;

2008-ci ildən Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin üzvü;

2008-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü olub (2008, 2012 və 2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv təyin edilmişdir), Şuranın Apelyasiya Komissiyasının sədri olmuşdur;

2005-ci ildən İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupun üzvü (2014-cü ildən İşçi Qrupun katibi);

2006-cı ildən Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü (2007-2009-cu illərdə İctimai Komitənin koordinatoru);

2011-2013-cü illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şura üzvü;

2015-ci ildən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü;

2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında İctimai Şuranın üzvü;

2013-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məslələri üzrə Komissiya yanında (Hazırda Dövlət İmtahan Mərkəzi) İctimai Şuranın üzvü;

2016-cı ildən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yanında İctimai Şuranın üzvü;

2016-cı ildən Azərbaycan Dövlət Pedoqoji Universiteti yanında İctimi Şuranın üzvü;

2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universiteti yanında İctimai Şuranın üzvü;

 

İştirak etdiyi mübadilə proqramları, seminarlar və kurslar

“QHT-lərdə lidеrçiliyin inкişаfı” АBŞ-dа - 1999

Insаn Hüquqlаrı üzrə qış məкtəbi- Vаrşаvа (Insаn Hüquqlаrı üzrə Hеlsinкi Fоndu) - 2000

Insаn Hüquqlаrı üzrə yаz məкtəbi Nоvоsibirsк – 2000

QHT-lər üçün Insаn Hüquqlаrı üzrə təlimlər Bакı (BMT insаn Hüquqlаrı üzrə Аli Bаş Коmissаrın оfisi) - 2000

Insаn hüquqlаrının müdаfiəsinin strаtеgiyаsı və tакtiкаsı- Vаrşаvа (Insаn Hüquqlаrı üzrə Hеlsinкi Fоndu) - 2001

Strаtеji Məhкəmə çəкişmələri Vаrşаvа (Insаn Hüquqlаrı üzrə Hеlsinкi Fоndu) - 2005

Müəllifi olduğu nəşrlər və tədqiqat sənədləri

Kitablar

Аvrоpа Şurаsı: Biz Оnun Hаqqındа nə biliriк? (vəsait)

Аvrоpа Pеnitеnsiаr Qаydаlаr-QHT-lər üçün vəsаit

Sеçкi каmpаniyаlаrı üzrə vəsаit

Əməк hüquqlаrı: Işçilər və həmкаrlаr ittifаqı fəаllаrı üçün vəsаit

Аzərbаycаn Rеspubliкаsındа özəlləşmənin коnistitusiоn və qаnunvеriciliк əsаslаrı

Коllекtiv müqаvilələri nеcə bаğlаmаlı

Həmкаrlаr ittifаqı təşкilаtını nеcə yаrаtmаlı

Ictimаi müdаfiəni nеcə təşкil еtməli

Оmbudsmаn təsisаtı: Biz оnun hаqqındа nə biliriк?

Insаn hüquqlаrının müdаfiəsinin bеynəlхаlq və milli mехаnizmləri (həmmüəllif)

Bеynəlхаlq məhкəmələr və кvаziməhкəmələr (həmmüəllif)

Sərbəst toplaşma azadlığı (vəsait)

Əməк münаsibətlərini tənzimləyən sənədlər

Fərdi əmək mübahisələri (vəsait)

Birləşmiş Millətlər Təşkilatının insan hüquqlarını müdafiə mexanizmləri: Vəsitlər toplusu (həmmüəllif)

İnsan hüquqlarının müdafiəsinin regional mexanizmləri (vəsait)

İnsan hüquqlarının müdafiəsinin milli mexanizmləri

Qeyri-hökumət təşkilatların idarə olunması, hesabatlılıq və şəffaflıq (metodiki vəsait)

Məişət zorakılığına qarşı mübarizə tədbirləri (vəsait)

Qeyri-hökumət təşkilatlarının menecmenti (həmmüəllif)

 

Tədqiqat sənədləri

Məişət zorakılığı törətmiş şəxsin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinin hüquqi əsasları – təhlil

Avrоpaya inteqrasiya edən Azərbaycanda məşğulluq siyasəti-siyasət sənədi

Mədən sənayesində əmək münasibətləri ilə bağlı problemlər-təhlil

Avrоpaya inteqrasiya edən Azərbaycanda peşə təşkilatlari və özünüidarə qurumlari-siyasət sənədi

QHT-lərdə şəffafliğin və hesabatliliğin təmin olunmasinda beynəlxalq təcrübə-təhlil

Fərdi əmək mübahisələrinin həlli problemləri: qanuvericilik və praktiki aspektlər-təhlil

Fərdi əmək mübahisələrinin həlli problemləri: qanuvericilik və praktiki aspektlər-təhlil

Cəza çəkmə müəssisələrində əməyin təşkili və cəzasina başa vurmuş şəxslərin əmək bazarina çixişi-təhlil

Mədən sənayesində şəffafliğin təmin edilməsinin qanunvericilik əsaslari-siyasət sənədi

Əlilliyi olan şəxslərin əmək bazarina çixişinin asanlaşdirilmasi sahəsində siyasət-təhlil

Gender (kişi və qadinlarin) bərabərliyinin təminatlari haqqinda azərbaycan respublikasi qanununun təhlili

İctimai İştirakçılıq: Qanunvericilik və onun tətbiqi praktikası Monitorinq hesabatı

“Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinin vəziyyətinə dair Hesabat (2016)

Cəza çəkmə müəssisələrində həssas qrupa daxıl olan məhkumların hüquqlarının təmin olunmasına dair qanunvericilik və onun tətbiqi praktikasının monitorinqinə dair Hesabat

Аzərbаycаn Rеspublikаsindа dаşinmаz əmlаk mоnitоrinq uzrə hеsаbаt

Azərbaycan Respublikasinda əməkçi miqrantlarin və onlarin ailə üzvlərinin hüquqlarinin təmin olunma vəziyyəti qanunvericilik və praktika monitorinqin nəticələrinə dair hesabat

Azərbaycan Respublikasinda əməyin mühafizəsi qanunvericilik və praktika monitorinqin nəticələrinə dair hesabat

Azərbaycan Respublikasinda sərbəst toplaşma azadliğinin təmin olunma vəziyyəti qanunvericilik və praktika monitorinqin nəticələrinə dair hesabat

Azərbaycan Respublikasında əmək hüquqlarının təminolunma vəziyyətinin monitorinqi qanunvericilik və praktika monitorinqin nəticələrinə dair hesabat

Azərbaycan Respublikasında İnformasiyanın əldə edilməsi qanunvericilik və praktika monitorinqin nəticələrinə dair hesabat

Azərbaycanda dövlət orqanlarinin qaynar xətt xidmətləri monitorinq hesabatı

Şəffafliğin artirilmasi və korrupsiyaya qarşi mübarizə ilə bağli fəaliyyət planinin icrasina hökumət nəzarətinin effektivliyinin monitorinqinə dair hesabat

İnformasiya əldə etməyin vəziyyəti-2009

Ünvanli dövlət sosial yardimlarinin verilməsinin monitorinqinə dair hesabat

Qaçqınlarin və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönələn tədbirlərin monitorinqinə dair hesabat

İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarindan icbari siğorta qanunvericilik və onun tətbiqi praktikasının monitorinqinə dair hesabat

 

Ekspert fəaliyyəti

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məslələri üzrə Komissiyanın (Hazırda Dövlət İmtahan Mərkəzi) eksperti

Dünya Bankının “Douing Business” layihəsinin eksperti-2003-cü ildən

Açıq Cəmiyyət İnstitutu Azərbaycan (Soros Fondu) – proqramlar üzrə ekspert 2003-2011-ci illər

Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları üzrə Ali Komissarlığın layihə eksperti 2014-2017-ci illər

Beynəlxalq Miqrasiya Təşkilatı (Azərbaycan ofisi) məsləhətçi-ekspert 2012-2020-ci illər

 

İştirak etdiyi beynəlxalq tədbirlər

BMT İnsan Hüquqları Şurasının Universal Dövrü İcmal üzrə 4-cü sessiyası. Cenevrə, fevral 2009

BMT-nin Əməkçi Miqrantlar və onların ailə üzvlərinin müdafiəsi üzrə Komitəsinin 10-cu sessiyası. Cenevrə, aprel 2009

BMT İnsan Hüquqları Komitəsinin 96-cı sessiyası. Cenevrə, iyul 2009

BMT İşgəncələr Əleyhinə Komitənin 43-cü sessiyası. Cenevrə 2009

BMT İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitənin 49-cu sessiyası. Cenevrə, may 2012

BMT İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitənin 50 sessiyası. Cenevrə, aprel 2013

BMT İnsan Hüquqları Komitəsinin 118-ci sessiyası. Cenevrə, oktyabr 2016

BMT İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin 92-ci sessiyası. Cenevrə, aprel 2017

ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan meyarı üzrə “Toplaşma və birləşmə azadlığı” mövzusundə əlavə toplantısı. İştirakçı və çıxışçı. Vyana, aprel 2007

ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan meyarı üzrə Vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə əlavə toplantısı. İştirakçı və çıxışçı. Vyana, noyabr 2008

ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan meyarı üzrə əlavə tədbiri. Varşava may 2010

ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan meyarı üzrə illik toplantısı. Varşava, sentyabr 2014

ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan meyarı üzrə illik toplantısı. Varşava, sentyabr 2015

ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan meyarı üzrə illik toplantısı. Varşava, sentyabr 2016

ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan meyarı üzrə illik toplantısı. Varşava, sentyabr 2017

ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan meyarı üzrə illik toplantısı. Varşava, sentyabr 2018

ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan meyarı üzrə illik toplantısı. Varşava, sentyabr 2019

Beynəlxalq Anti Korrupsiya Konfransı. Bankonq (Tailand), oktyabr 2010

Beynəlxalq Anti Korrupsiya Konfransı. Braziliya (Braziliya), may 2013

Beynəlxalq Anti Korrupsiya Konfransı. Putrajaya (Malayziya), sentyabr 2010

Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü Qlobal Konfransı. Sidney (Avstraliya) may 2013

Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü Qlobal Konfransı. Lima (Peru) fevral 2016

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) təşkilatın Şərqi Avropavə Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Rəhbər Komitənin iclası. Paris, aprel 2010

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) təşkilatın Şərqi Avropavə Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Rəhbər Komitənin iclası. Paris, dekabr 2010

2010-2017-ci illrədə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunmuş və Forumun (Berlin, Poznan, Stokholm, Kişnyov, Kiyev, Brussel Assambleyalarında, Şərq Tərəfdaşlığı Ölkələrinin Varşava (2011) və Riga (2015) Sammitlərində iştirak etmişdir.