İctimai Şura üzvləri növbəti görüş keçirib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində dövlət qurumlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə görüş keçirilib.
Tədbirdə ŞİH başçısının müavini Kəmalə Hüseynova, İctimai Şuranın sədri Möhübbət Bədəlov, şuranın üzvləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizədə fəal rol oynayır, geniş maarifləndirmə işinin aparılmasında müvafiq dövlət qurumları ilə səmərəli əməkdaşlıq edirlər.
Həmçinin bildirilib ki, vətəndaşların dövlət idarəçiliyində iştirakı, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunması, verilən qərarlarda vətəndaş cəmiyyəti institutlarının da rəyininin nəzərə alınması baxımından İctimai Şuraların əhəmiyyəti böyükdür.