Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura

Naftalan ŞİH yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı ictimai şuraya seçilmiş üzvləri salamlayaraq ictimai əsaslarla fəaliyyət göstərən İctimai Şura ilə bağlı fikirlərini bölüşüb, Şuranın ŞİH-nin fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsi, müfaviq qərarların qəbulu zamanı ictimai rəy və vətəndaş maraqlarının nəzərə alınması, şəffaflığın daha da artırılmasında əhəmiyyətli olacağını vurğulayıb.

Şura üzvləri Naftalan ŞİH-nin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq fəaliyyət göstərəcəklərini və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.

Fotolar

Paylaş