Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura

“Heydər Əliyev İli” çərçivəsində İctimai Şura tərəfindən dəyirmi masa təşkil olunub

Naftalan ŞİH yanında İctimai Şuranın təşkilatçılığı ilə “Ucalığın Heydər Əliyev Zirvəsi” adlı dəyirmi masa keçirilib.

Naftalan ŞİH yanında İctimai Şuranın sədri və şura üzvləri, ziyalılar və gənclər dəyirmi masada iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

İctimai Şuranın sədri Möhübbət Bədəlov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib.

Çıxış edən digər natiqlər və şura üzvləri vurğulayıblar ki, ölkəmizdə Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasət uğurla davam etdirilir. Bu gün müasir, müstəqil Azərbaycan Ümummilli Liderimizin görmək istədiyi kimi qüdrətlidir, ölkəmiz öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir.


Paylaş