Naftalan ŞİH yanında İctimai Şuranın üzvləri Zəfər forumunda iştirak edib
18 oktyabr 2022-cu il tarixdə Gəncə Dövlət Filarmoniyasında Zəfər forumu keçirilib.
Forumda Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Möhübbət Bədəlov və şura üzvü Tünzalə Zöhrabova iştirak edib.
Zəfər Forumda çıxış edən Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzü, Azərbaycan Respublikası “Şəhid Ailələrinə yardım və hüquqlarının müdafiəsi müdafiəsi” İctimai birliyinin şəhər təşkilatının sədri, Vətən Müharibəsi Şəhidi Bəxtiyar Aslanovun anası Tünzalə Zöhrabova tariximizə qızıl hərflərlə həkk olunmuş 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunmasının tarixi ədalət olduğunu vurğulayıb. Xalq-Ordu-Rəhbər birliyinin, Tarixi Qələbənin qazanılmasında böyük rol oynadığını iştirakçıların diqqətinə çatdırarq, gənc nəslin qəhrəmanlığından, öğlu Bəxtiyar Aslanovun döyüş yolu, vətənpərvərliyi haqqında danışaraq bütün Şəhidlərin onun övladı olduğunu qeyd edib.