Daxili İşlər Nazirliyi yanında İctimai Şura

Daxili İşlər Nazirliyi yanında İctimai Şura təkliflər verməyə DƏVƏT EDİR

Daxili İşlər Nazirliyi yanında İctimai Şura təkliflər verməyə DƏVƏT EDİR

Daxili İşlər Nazirliyi yanında İctimai Şura özünün Fəaliyyət Planı üzərində işləyir və nazirliyin fəaliyyət sahələri ilə bağlı cəmiyyətin, vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərin, KİV-in, vətəndaşların vacib hesab etdiyi məsələlərlə əlaqədar tədbirlərin, təşəbbüslərin nəzərə alınmasını zəruri hesab edir. Daxili İşlər Nazirliyi yanında İctimai Şura bu məqsədlə vətəndaş cəmiyyəti təmsilçilərini, müstəqil ekspertləri, KİV nümayəndələrini, vətəndaşları, maraq göstərən hər bir şəxsi öz təkliflərini, ideyalarını verməyə dəvət edir. Təkliflərinizi 12 sentyabr 2021-ci il tarixə qədər [email protected] - elektron poçt ünvanına, yaxud Feysbuk üzərindən Mesencerlə göndərməyinizi xahiş edirəm.

Əvvəlcədən təklif göndərən, ideyaları ilə bölüşən hər bir şəxsə təşəkkür edirəm. Əminəm ki, Sizlərin təklifləri praktik, real və müsbət nəticələr əldə etməyə imkan verəcək Fəaliyyət Planı hazırlamağa və icra etməyə əvəzsiz töhfə verəcəkdir.

Hörmətlə,

Əliməmməd Nuriyev

DİN yanında İctimai Şuranın sədri


Paylaş