DİN yanında İctima Şura üzvləri ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüblər
2022-ci il aprelin 12-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib. İclasın gündəliyinə daxil edilmiş məsələlər müzakirə olunub. Şuranın sədr müavini Xalid Kazımov İctimai Şuranın müraciətlərinə baxılması və müvafiq tədbirlərin görülməsi məsələsiniqaldırıb. Qeyd edib ki, İctimai Şuranın müraciətlərinə, xüsusən ictimai rezonans doğuran hadisələrlə bağlı qaldırdığı məsələlərə daha çevik reaksiya verilməsi, təsirli tədbirlər görülməsinə nail olmaq məqsədilə bu mövzuda Nazirliklə ayrıca müzakirə aparılmalıdır. Şura üzvlərinin təklifləri diqqətə çatdırılmalıdır. İctimai Şura sədri Əliməmməd Nuriyev müraciətlərə operativ baxılması, əməkdaşlığın genişləndirilməsi ilə Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə təmasları davam etdirdiyini qeyd edib.
Məsələ ilə bağlı M.Əmirhüseynova, R.Zeyni, R.Becanov, M.Əsgərqızı, E.Salmanov, E.Muradlı mövzu ilə bağlı öz fikirlərini səsləndiriblər.
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planında əksini tapan Monitorinq qruplarının təeərkibi təsdiqlənib. Qərara alınıb ki, qarşıdakı həftə İctimai Şuranın tərkibində Polis orqanlarının müvəqqəti saxlanma yerlərinin, Yol hərəkətinin təşkili və təhlükəsizliyinin, şikayələr və şikayətlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üzrə Monitorinq Qruplarının iclasları təşkil edilsin və cavabdeh şəxslər müəyyənləşdirilsin. Aprel və may ayının ilk həftəsi ərzində məişət zorakılığı hallarına qarşı mübarizənin gücləndirilməsi mövzusunda ictimai dinləmənin keçirilməsi, narkomaniya əleyhinə mübarizə üzrə ixtisaslaşmış QHT-lərlə İctimai Şuranın dəyrimi masasının təşkil edilməsi qərara alınıb.
Şura üzvlərinin Daxili İşlər Naziri, cənab Vilayət Eyvazovla, Daxili İşlər Nazirliyinin müvafiq idarələri ilə görüşlərin keçiril məsi, İctimai Şuranın fəaliyyətinin gücləndirilməsi, Şuranın iclaslarının sosial şəbəkə üzərindən canlı yayımlarının təşkili məsələləri barədə müzakirə aparılıb və müvafiq qərar qəbul edilib.
İctimai Şura ictimai fəal Bəxtiyar Hacıyevi müraciəti əsasında onu Şuranın iclasına dəvət edib. B.Hacıyev üzləşdiyi problemlər barədə İctimai Şura üzvlərinə ətraflı məlumat verib. B. Hacıyev ononim zənglərlə hədələndiyini, şəxsi yazışmalarının ictimailəşdirildiyini, Daxili İşlər Nazirliyinin inzibati binası qarşısında keçirməyə cəhd etdiyi aksiya zamanı avtomobilinə ziyan vurulduğunu, özünə qarşı fiziki zor tətbiq edildiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsləri ilə gğrüşdüyünü, amma pozulmuş hüqqlarının bərpası üçün addımlar atılmadığını deyib. B. Hacıyev pozulmuş hüqqlarının qorunması ilə bağlı İctimai Şuranın imkanlarından istifadə edilməsini xahiş edib. İctimai Şura üzvləri qanunvericiliyin verdiyi imkanlar çərçivəsində B.Hacıyevin müraciətlərinin obyektiv araşdırılması üçün səy göstərəcəklərini bildiriblər.