Ədliyyə Naziri yanında İctimai Komitə

ABMA ilə Ədliyyə Nazirliyi yanında İctimai Şuranın görüşü keçirilib - FOTOLAR

Noyabrın 4-də  Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) təşkilatçılığı ilə bələdiyyələr və QHT- lər arasında əməkdaşlıq və inkişaf tədbirləri barədə görüş keçirilib. ABMA- nın inzibati binasında baş tutan görüşdə Ədliyyə Nazirliyi yanında İctimai Şura üzvləri, Ədliyyə Nazirliyinin nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

 

Görüşün əsas məqsədi bələdiyyələrlə əməkdaşlığın gücləndirilməsi və bələdiyyə- QHT münasibətlərinin inkişafı, birgə layihələrin icra olunması, QHT- lərlə bələdiyyələr arasında münasibətlərin gücləndirilməsi olub. Görüş zamanı ABMA rəhbərliyi tərəfindən bələdiyyələrlə əməkdaşlığın gücləndirilməsi üçün əhatəli, vacib və açıq müzakirələr aparılıb. Həmçinin İctimai Şuranın üzvləri bu müzakirələrdə fəal iştirak edərək qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində bir sıra təkliflər irəli sürüblər. Verilən təkliflərdən biri də “yubiley medalının” təsis edilməsi və müxtəlif tədbirlərin keçirilməsi olub.

 

2024- cü ildə bələdiyyələrin yaranmasının 25 illiyi və bələdiyyə seçkilərinə qədər maarifləndirmə tədbirlərinin keçirilməsi məsələsi də görüş zamanı müzakirə edilib. Keçirilən görüşdə səsləndirilən fikirlərdən biri də bələdiyyələrin maliyyələşdirilməsi ilə bağlı milli və beynəlxalq donorların, sponsorların cəlb olunması məsələsi olub.


Paylaş