Ədliyyə Naziri yanında İctimai Komitə

Yerli özünüidarəetmə sahəsində ictimai iştirakçılıq məsələləri müzakirə olunub - FOTOLAR

Prezidenti İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, o cümlədən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ictimaiyyətin iştirakına, vətəndaş təşəbbüslərinin dəstəklənməsinə, ictimai nəzarətin tətbiqinə xüsusi önəm verilir.
 

QHT.az xəbər verir ki, bu məqsədlə 2006-cı ildən ədliyyə sahəsində İctimai Şura uğurla fəaliyyət göstərir. Eyni zamanda yerli özünüidarəetmə sahəsində ictimai iştirakçılığın təmin olunması məqsədilə Nazirlik yanında İctimai Şuranın tərkibində alt komitə yaradılıb.


Ədliyyə Nazirliyində aidiyyəti struktur qurumların rəhbər və məsul şəxsləri ilə həmin komitənin üzvlərinin görüşü keçirilib. Görüşdə bələdiyyələrlə iş sahəsində həyata keçirilən tədbirlər və yeniliklər barədə komitə üzvlərinə məlumat verilib.


Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, onların yerli əhəmiyyətli məsələlərin həllində iştirakının genişləndirilməsi, o cümlədən yerli büdcə gəlirlərinin artırılması, bu sahədə innovasiyaların tətbiqi müsbət qarşılanıb.
 

Yerli özünüidarəetmə sahəsində şəffaflıq və hesabatlılığın təmin olunması, ictimai iştirakçılığın tətbiqi məsələlərinə böyük əhəmiyyət verilərək bu məqsədlə nazirliyin Bələdiyyələrlə iş Mərkəzi tərəfindən bələdiyyələrlə aparılan metodoloji iş xüsusilə qeyd olunub. 
 

İctimaiyyət nümayəndələri yerli büdcənin icrası barədə hesabatın nümunəvi formalarının hazırlanaraq bələdiyyələrə çatdırılması, Əlaqələndirmə Şuralarının, eləcə də bələdiyyələrin sosial şəbəkələrdə hesablarının açılaraq aktivliyinin təmin edilməsi, yerli əhalinin rifahı naminə görülən işlər barədə broşurların hazırlanaraq sakinlərə çatdırılması və s. istiqamətlərdə görülən işlərin əhəmiyyətli olduğunu bildirərək bu sahədə tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
 

Görüşdə Komitə üzvləri yerli özünüidarəetmə sahəsində işin səmərəliliyinin artırılması ilə bağlı fikirlərini bölüşüb, işgüzar müzakirələr aparılıb.


Paylaş