İqtisadiyyat Nazirliyi yanında İctimai Şura

İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya təkrar seçkilər keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər keçirilib. Rövşən Ağayev (“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyi), Rəşad Həsənov (“İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyi), Ədalət Muradov (ADİU Həmkarlar İttifaqı), Əliməmməd Nuriyev (“Şəffaflıq - Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi) İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü seçiliblər.

 

“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, boş qalan 7 yer üçün seçkilər 22 avqust 2021-ci il tarixində saat 12:00-dən 14:00-dək İqtisadi Elmi Tədqiqat İnstitutunun inzibati binasında (Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 88a ünvanında) keçiriləcəkdir.

 

Səsvermədə vətəndaş cəmiyyəti institutlarının seçki komissiyasında seçici kimi qeydiyyata alınmış nümayəndələri iştirak edə bilərlər.  

 

 


Paylaş