İqtisadiyyat Nazirliyi yanında İctimai Şura

İqtisadiyyat Nazirliyi yanında İctimai Şurada müzakirə təşkil edilib

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planına uyğun olaraq, iqtisadi sahədə fəaliyyət göstərən ictimai birliklər və assosiasiyalarla ictimai müzakirələrə başlanıb. İlk ictimai müzakirə Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası (AMTA) ilə keçirilib. 

Onlayn formatda təşkil edilmiş tədbirdə Şura üzvləri və sahibkarlar aidiyyəti sahə ilə bağlı cari vəziyyəti və gələcək perspektivləri müzakirə edib, qarşılıqlı fikir mübadiləsi aparıblar.

Müzakirə zamanı sahibkarların sualları cavablandırılıb. Müzakirələrdə səsləndirilən təkliflər araşdırılacaq və aidiyyəti qurumlara təqdim ediləcəkdir.

 


Paylaş