İqtisadiyyat Nazirliyi yanında İctimai Şura

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura yaradılır - ELAN

İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı seçki komissiyası yaradılıb

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri və sahələri üzrə hüquqi aktların qəbulunda və ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi ilə əlaqədar iqtisadiyyat nazirinin əmri ilə Nazirliyin yanında İctimai şuranın formalaşdırılması üçün seçkilərin təşkili və keçirilməsi məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

Seçki komissiyasının keçirilmiş ilk iclasında gündəlikdə dayanan məsələlər müzakirə olunmuş, o cümlədən İctimai şuranın üzvlərinin say həddi 11 nəfər tərkibdə müəyyən edilmiş, İctimai şuranın üzvlüyünə seçkilərin təşkili, namizədlərin irəli sürülməsi, seçkidə namizəd və ya təmsilçi (seçici) kimi iştirak edəcək vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin qeydiyyatı məsələlərinə baxılmışdır.

 

İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı ELAN

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli  Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsasən İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış seçki komissiyasının qərarı ilə İctimai şuranın üzvlərinin sayı 11 nəfər müəyyən edilib.

Bununla əlaqədar Nazirliyin yanında İctimai şuranın tərkibinin formalaşdırılması məqsədilə üzvlüyə namizədlərin təqdim olunması elan olunur.

İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə namizədlər 2021-ci il 12 iyul tarixindən etibarən 20 iş günü müddətində [email protected] elektron ünvanı vasitəsilə sənədlərini təqdim edə bilərlər. Müraciət etmək üçün son tarix 10 avqust 2021-ci il saat 18:00-da bitir.

 “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.11-ci bəndinə əsasən vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

- şəxsiyyət vəsiqəsinin surəti;

- namizədin tərcümeyi-halı;

- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;

- şəxsin iqtisadi sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Vətəndaş cəmiyyəti institutuna və onun irəli sürdüyü namizədlərə dair tələblər aşağıdakılardır:

- vətəndaş cəmiyyəti institutunun aktiv fəaliyyətinin olması;

- məhkumluğu olduğu təqdirdə onun götürülmüş və ya ödənilmiş olması;

- barəsində icraatda olan cinayət-mühakimə işinin olmaması.

 İctimai şuraya namizədliyini irəli sürmüş i şəxsin qeydiyyatına seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılacaq və nəticəsi barədə müvafiq qərar qəbul edilərək, elektron poçt vasitəsilə məlumat veriləcəkdir.

Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

Əlavə məlumat əldə etmək üçün  +99412 3102800, 22-19 (daxili)  nömrəli telefonla əlaqə saxlamaq olar.

Qeyd: müraicətə əlavə edilən sənədlər pdf formatında əlavə edilməli və həcmi 10 meqabaytdan çox olmamalıdır.


Paylaş