Elm və Təhsil Nazirliyi yanında İctimai Şura

İctimai şuranın üzvü, "XXI əsr” Təhsil Mərkəzinin rəhbəri
Etibar Əliyev

1986-cı ildən 1992-ci ilədək Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində elmi işçi, 1992-ci ildən 2002-ci ilədək Təhsil Nazirliyinin Elm və təhsil idarəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb. Fəlsəfə üzrə fəlsəfə doktorudur. XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədridir. 2004-2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunda böyük elmi işçi vəzifəsində işləyib. Təhsil və elm sahəsində 1000- dən çox elmi və publisistik məqalənin, bir neçə kitabın müəllifidir. 2020-ci ildə keçirilən 6-cı çağırış Parlament seçkilərində 31 saylı Suraxanı 2-ci Seçki Dairəsindən deputat seçilib. Milli Məclisin Elm və Təhsil, İdman və gənclər Komitəsinin üzvüdür.