Elm və Təhsil Nazirliyi yanında İctimai Şura

Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılıb.

İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilən digər hüquqlara malik olan məşvərətçi qurum sayılır. 

İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı iyulun 22-dən avqustun 23-dək  davam edib.

Sentyabrın 4-də Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

Səsvermə nəticəsində aşağıdakı şəxslər  İctimai Şuraya üzv seçiliblər

  1. təhsil eksperti, professor Şahlar Əsgərov,
  2. “XXI əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev,
  3. təhsil eksperti Nadir İsrafilov,
  4. əməkdar müəllim, təhsil eksperti Asif Cahangirov,
  5.  Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktor İlqar Orucov,
  6. Biologiya üzrə fəlsəfə doktoru Ülviyyə Mikayılova,
  7.  TEAS Press Nəşriyyat evi, təhsil üzrə məsləhətçi Elmina Kazımzadə,
  8.  ADA Universitetində İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev,
  9. “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mais Əliyev,
  10.  Respublika Təhsil Şurasının sədri Hikmət Əlizadə
  11. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə