Elm və Təhsil Nazirliyi yanında İctimai Şura

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri tələbələrlə görüşüb - FOTOLAR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsil Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova ilə tələbələrin görüşü keçirilib.

 

Əvvəlcə rektor, professor Cəfər Cəfərov Şura sədri ilə təhsil sahəsində ictimai hərəkatın, tələbə-gənclər təşkilatlarının fəaliyyət istiqamətləri və perspektivləri ətrafında müzakirələr aparıb, İctimai Şuranın fəaliyyətini yüksək qiymətləndirib.

 

Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev tələbələrin təşəbbüsünü yüksək qiymətləndirib və təhsildə ictimai nəzarət məsələləri ilə tanışlığın sabahın müəllimləri üçün çox vacib olduğunu vurğulayıb.

 

Tələbələr qarşısında çıxış edən Günel Səfərova Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyət istiqamətləri haqqında məlumat verib. Vurğulayıb ki, bu günün tələbələri özlərini sabahın tələblərinə hazırlamalı, bütün dünyada gedən qlobal trendləri izləməli, XXI əsrin ən vacib bacarığı olan səriştələrə yiyələnməklə ölkəmizin gələcəyinə töhfə verməyə hazır olmalıdırlar. Bu istiqamətdə ADPU strateji əhəmiyyətli ali təhsil müəssisəsi kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

 

Görüş tələbələri maraqlandıran suallar ətrafında maraqlı diskussiya ilə davam edib.

Fotolar

Paylaş